Atəşkəs pozulduqdan sonra Qəzzada 600 uşaq öldürülüb

İsrailin martın 18-də atəşkəsi pozaraq Qəzza zolağına yenidən hücuma başlamasından sonra bölgədə humanitar böhran daha da dərinləşib.
Crossmedia.az xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) yazılı açıqlamasında martın 18-dən bu yana Qəzzada azı 600 uşağın öldüyünü, 1600-dən çox uşağın isə yaralandığını bildirib.
Açıqlamada qeyd olunur ki, bölgədəki vəziyyət 7 oktybr 2023-cü ildən bəri "ən pis fazaya" keçib.
UNRWA-nın bəyanatında vurğulanır: “Qəzza zolağında vəziyyət artıq dözülməz həddə çatıb. Mülki əhali, xüsusilə uşaqlar və qadınlar qorxu içində yaşayır. Atəşkəsin bərpası həyati əhəmiyyət daşıyır”.
Qeyd edək ki, İsrailin Qəzzaya qarşı hərbi əməliyyatları 7 oktyabr 2023-cü ildən başlayaraq indiyədək 51 min 240 fələstinlinin ölümünə, 116 min 931 nəfərin isə yaralanmasına səbəb olub.
İsrail tərəfi yeni atəşkəs təkliflərini rədd etdiyini və HƏMAS-a qarşı “artan hərbi güclə” hərəkət edəcəyini bildirib.
HƏMAS isə İsrailin beynəlxalq vasitəçilərlə razılaşmalara əməl etmədiyini və Qəzzada “yenidən soyqırıma” başladığını bəyan edib.
Aybəniz Səfərova
17:27 21.04.2025
Oxunuş sayı: 1638