İsrail İranla problemin diplomatik yolla həllinə hazırdır

İsrailin xarici işlər naziri Gideon Saar “The Telegraph” qəzetinə müsahibəsində yenidən İranın nüvə silahına malik ola bilməyəcəyini vurğulayıb.
Bu barədə Crossmedia.az İSNA-ya istinadən məlumat verir.
Nazir bildirib ki, İranın nüvə proqramı ilə bağlı məsələnin diplomatik yolla həlli mümkündürsə, İsrail buna hazırdır.
Eyni zamanda, Saar “New York Times" qəzetinin guya İsrailin may ayında İrana hücum etməyi planlaşdırdığı barədə xəbərini təkzib edib.
15:50 21.04.2025
Oxunuş sayı: 686