Roma Papası vəfat edib

Katolik dünyasının ruhani lideri Papa Fransisk 89 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" Vatikana istinadən məlumat yayıb.
Katolik Kilsəsi “Sede Vacante” dövrünə daxil olur. Katolik kilsəsinin yeni rəhbəri və Katolik dünyasının yeni lideri ola biləcək əsas iki namizədin adı hallanır. Bunlara Papa Fransiskin ən qatı tənqidçisi olmuş, Katolik kilsəsinin qatı mühafizəkarı sayılan Opus Dei tərəfindən də dəstəkləndiyi iddia edilən, kardinal Leo Raymond Brukdur. O Tramp administrasiyası ilə yaxın münasibətlərə malikdir. İkinci əsas namizəd isə yəhudi əsilli İtaliyalı kardinal, Yerusəlim kardinalı sayılan Pyerbatista Pizabelladır.
Qeyd edək ki, Papa uzun zamandır bronxitdən əziyyət çəkirdi. O, son çıxışını iki gün əvvəl Pasxa mərasimində edərək, Qəzzada atəşkəs, Ukraynada ədalətli və davamlı sülh çağırışı, Ermənistan-Azərbaycan arasında isə sülh müqaviləsinin imzalanmasına dair arzularını dilə gətirmişdi.
Aybəniz Səfərova
11:58 21.04.2025
Oxunuş sayı: 5796