FOX telekanalı Kiyevi Rusiya şəhəri kimi təqdim edib

ABŞ-nin FOX telekanalı Ukraynadan Pasxa mərasimini təqdim edərkən Kiyev şəhərini Rusiya şəhəri kimi göstərib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyi buna sərt reaksiya verərək telekanaldan rəsmi üzr tələb edib. Nazirlik bildirib ki, bu cür yanlış təqdimat, texniki səhv olsa belə, ciddi şəkildə araşdırılmalı və ictimai şəkildə düzəliş verilməlidir.
Ukrayna tərəfi FOX telekanalının məsuliyyət daşıdığını vurğulayaraq, belə halların gələcəkdə təkrarlanmaması üçün tədbir görülməsinin vacibliyini qeyd edib.
Mədinə Cəlilova
19:02 20.04.2025
Oxunuş sayı: 491