KİV: Avropa Trampın yaratdığı boşluğu doldurmalıdır ki, Ukraynaya kömək edilsin

Avropa, o cümlədən Böyük Britaniya Ukraynaya yardımı artırmaq üçün öz prioritetlərini müəyyən etməlidir. ABŞ prezidenti Donald Trampın komandası Ukraynaya yardım və müdafiə mövzusunda qeyri-sabitlik yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın müharibəni 24 saatda bitirəcəyini vəd etməsi Rusiya lideri Vladimir Putinin işğalı davam etdirmək qərarına qarşı gəlib. Bu səbəbdən Böyük Britaniya və müttəfiqləri Kiyevin müdafiəsini gücləndirmək üçün yardımları artırmalıdır.
Məlumata görə , Trampın komandasının Ukrayna Prezidenti Volodimir Zelenskini təhqir etməyi və Putinlə danışıqlar aparmağa çalışması ilə Qərb və Ukrayna üçün yeni bir çətin dövrü başladıb.
Belə ki, Trampın Ağ Evə gəlməsindən sonra, ABŞ-nin Ukraynaya verdiyi yardımlar azalıb. Sonuncu yardım paketi, Biden administrasiyası dövründə, 500 milyon dollar dəyərində hərbi texnika, o cümlədən hava hücumlarından müdafiə raketləri göndərilib.
Buna baxmayaraq, Böyük Britaniya, Danimarka, Almaniya, Norveç, İsveç və Avropa Komissiyası mütəmadi olaraq Ukraynaya yardım göndərərək, Avropada ümumi məbləği 138 milyard avroya çatdırıblar. ABŞ Ukraynaya ən böyük yardım edən ölkə olaraq qalır, amma Avropa ölkələri onlardan 23 milyard avro daha çox yardım edib.
Bildirilir ki, Tramp ABŞ-nin dünya liderliyindən imtina etmək niyyətində görünür. Buna görə də Böyük Britaniya və Avropa, Ukraynaya yardımı artırmaq, müdafiə xərclərini artırmaq və NATO-nu bir arada saxlamaq üçün öz prioritetlərini müəyyən etməlidir.
Böyük Britaniyanın lideri Kir Starmer, ölkənin keçmiş baş naziri Boris Consonun Ukrayna mövzusundakı mövqeyini davam etdirir. Böyük Britaniya, öz Ümumdaxili məhsulunun təxminən 0,5%-ni Ukraynaya ayırıb
Ukrayna üçün vəziyyət Trampın əvvəlki seçkilərdə qələbə qazanmasından daha yaxşıdır. Lakin, Putin Trampın komandasının yaratdığı qeyri-sabitlikdən faydalanmamalıdır.
Fatimə Məmmədova
18:19 20.04.2025
Oxunuş sayı: 620