İran XİN başçısı Romadadır - YENİLƏNİB

Vaşinqton və Tehran nümayəndələri arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üzrə danışıqların ikinci raundu Omanın Romadakı səfirinin iqamətgahında keçiriləcək.
Crossmedia.az Sky News Arabia telekanalına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin sözlərinə görə, İtaliyanın paytaxtı Omanın xarici işlər naziri Seyid Bədr Əlbusaidinin vasitəçiliyi ilə dolayı danışıqlara ev sahibliyi edəcək.
10:28
XXX
İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ ilə nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.
Bu barədə Crossmedia.az “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, aprelin 19-da Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq. Görüş hər iki tərəfin konstruktiv kimi qiymətləndirdiyi Maskatda keçirilən birinci raund danışıqlardan bir həftə sonraya təsadüf edir.
Xatırladaq ki, dünən Əraqçi Moskvada Tehranın Amerika tərəfinin realizm nümayiş etdirməsi şərti ilə Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkün olduğunu söyləmişdi.
11:25 19.04.2025
Oxunuş sayı: 1105