Almaniya Türkiyəyə Eurofighter təchizatını dayandırdı

Almaniya, Əkrəm İmamoğlu işi ilə əlaqədar olaraq, Türkiyəyə Eurofighter Typhoon qırıcılarının tədarükünü bloklayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya mediasının məlumatına görə, bu qərarı qəbul edən hazırkı hökumət may ayında səlahiyyətlərini başa çatdıracaq. Gözlənilir ki, yeni koalisiya fərqli yanaşma göstərə bilər, lakin onun təfərrüatları hələlik məlum deyil.
Həmçinin qeyd edilir ki, Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildiriblər ki, Böyük Britaniya Eurofighter Typhoon qırıcılarının tədarükü ilə bağlı təklif hazırlayaraq Ankaraya göndərib.
Zəhra Məmmədova
20:27 18.04.2025
Oxunuş sayı: 1274