Mədəniyyət naziri Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb






Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub. Nazir Akademik Milli Dram Teatrını özünəməxsus sənət ənənələri olan mədəniyyət ocağı kimi səciyyələndirib.
Qeyd olunub ki, teatrın repertuarında Azərbaycan və dünya kilassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də əsərlərinə yer verilir.
Adil Kərimli Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyət sahəsinin inkişafına davamlı diqqət və qayğı göstərdiyini deyib. Vurğulayıb ki, Bakı şəhərində və bölgələrdə teatrların fəaliyyəti üçün müasir şərait qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir. Teatrlar da yaradılan şəraitdən səmərəli istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər. Xüsusilə də gənc əməkdaşların bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmalı, bununla bağlı konkret addımlar atılmalıdır.
Teatrın rəhbərliyi sənət ocağının fəaliyyəti və repertuar siyasəti, gələcək planları barədə məlumat verilib. Çıxışlar zamanı teatrın yaradıcılıq fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, əməkdaşların sualları cavablandırılıb.
08:11 17.04.2025
Oxunuş sayı: 2153