Xamenei Tehran-Vaşinqton danışıqları barədə danışıb

“Danışıqlar nə həddən artıq optimist, nə də bədbinliklə aparılmalıdır”
İranın ali rəhbəri Əli Xamenei bu gün açıqlamasında ötən həftə Omanda keçirilən Tehran-Vaşinqton danışıqlarına toxunub.
Crossmedia.az xəbər verir ki, o, bu müzakirələrin İran Xarici İşlər Nazirliyinin vəzifələrindən biri olduğunu bildirib və ilkin mərhələdə danışıqları uğurlu addım kimi qiymətləndirib.
Xamenei qeyd edib ki, İran bu prosesə nə həddən artıq nikbin, nə də bədbin yanaşır.
Ali rəhbər, həmçinin, İranla bağlı bütün məsələlərin nüvə danışıqlarına bağlanmaması gərəkdiyini vurğulayıb və əvvəlki dialoqlarda buraxılmış səhvlərin təkrar edilməməsinə çağırıb.
Mədinə Cəlilova
00:22 16.04.2025
Oxunuş sayı: 743