Zelenski: "ABŞ-lə faydalı qazıntılar üzrə danışıqlar müsbətdir"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-lə faydalı qazıntılar sahəsində əməkdaşlığa dair saziş üzrə aparılan danışıqları "müsbət" adlandırıb. Belə ki, o yeni görüşlərin keçiriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bu, texniki komandanın görüşü idi və bu həftə ərzində bu səviyyədə müxtəlif formatlarda – həm oflayn, həm də onlayn – görüşlər davam edəcək. Bütün bu təmaslardan sonra komandalar hazır olduqda, görülən işləri təqdim edəcəklər", – Zelenski qeyd edib.
Fatimə Məmmədova
21:40 15.04.2025
Oxunuş sayı: 1163