Vitse-prezident Vens: Trampın Britaniyaya rəğbəti ticarət əlaqələrinə təkan verir

ABŞ və Böyük Britaniya “əla bir razılaşma” imzalaya bilər, çünki prezident Donald Trampın bu ölkəyə və onun kral ailəsinə dərin sevgisi var.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki,bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
Vens qeyd edib ki, ABŞ administrasiyası baş nazir Kir Starmerin hökuməti ilə ticarət sazişi üzərində çox sıx əməkdaşlıq edir.
“Prezident həqiqətən Birləşmiş Krallığı sevir. O, kraliçəni sevirdi. O, krala heyrandır və onu sevir. Bu, çox vacib bir münasibətdir” – deyə o bildirib.
Onun sözlərinə görə, Tramp iş adamıdır və Britaniyada bir sıra mühüm biznes əlaqələrinə malikdir.
“Amma düşünürəm ki, məsələ təkcə bununla bitmir. Əsl mədəni yaxınlıq var. Və, təbii ki, Amerika mahiyyət etibarilə ingilisdilli bir ölkədir” – deyə vitse-prezident əlavə edib.
Beləliklə, “hər iki ölkənin maraqlarına uyğun əla bir razılaşmaya nail olmaq üçün yaxşı bir şans var”– deyə Vens vurğulayıb.
15:55 15.04.2025
Oxunuş sayı: 965