Yaponiya Urmu gölünün bərpasına yardım ayırıb

Yaponiya hökuməti yenidən Urmu gölünün bərpası üçün 3 milyon dollardan çox vəsait ayırıb.
Crossmedia.az bu barədə “Donya-e-eqtesad”a istinadən məlumat verir.
Məlumata görə, bu barədə İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini Əhmədrza Lahicanzadə Yaponiyanın Urmu gölünün və bir sıra digər bataqlıqların bərpasına dair proqram layihələri üçün 3,3 milyon dollar ayırdığnı təsdiqləyib.
13:50 15.04.2025
Oxunuş sayı: 1853