Yaponiyada təcili yardım helikopteri qəzaya düşüb: Ölənlər var

Yaponiyanın Naqasaki prefekturasının sahillərində təcili yardım helikopterinin dənizə düşməsi nəticəsində 3 nəfər ölüb.
Crossmedia.az CNN Türk-ə istinadən xəbər verir ki, Yaponiya Sahil Mühafizəsi dünən günorta saatlarında Tsuşima adasından Fukuokadakı xəstəxanaya yola düşdükdən qısa müddət sonra əlaqə kəsildiyini və təcili tibbi yardım helikopterinin dənizə düşdüyünü açıqlayıb.
Səlahiyyətlilər qəzada 3 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə xilas edildiyini bildirib.
Yaponiya Sahil Mühafizəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Çinarə Tarverdiyeva
12:11 07.04.2025
Oxunuş sayı: 1183