Vuçiç hakimiyyətdən gedəndən sonra açıqladı: Putin onun qarşısında ifa etmişdi
Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç ölkəsinin Rusiya ilə münasibətləri qorumaq və Ukrayna münaqişəsində neytral mövqe saxlamaq istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Vuçiç bu barədə rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində danışıb.
Onun sözlərinə görə, Serbiyanın Rusiyaya qarşı çıxmaq istəməməsi Avropa siyasi dairələrində narazılıq yaradır.
"Mənim Avropaya qarşı heç bir etirazım yoxdur. Rusiyaya qarşı da heç vaxt çıxmamışam, heç nə etməmişəm və etməyəcəyəm. Lakin avropalıları hətta neytral mövqe tutanlar da narahat edir. Onlar hamının eyni fikirdə olmasını, eyni cür düşünməsini və Rusiyaya qarşı vahid cəbhədən çıxış etməsini istəyirlər. Mən isə Rusiyaya qarşı çıxmaq istəmirəm", – deyə Vuçiç bildirib.
Sabiq prezident vurğulayıb ki, Serbiya xalqı da Rusiya ilə münasibətlərin qorunmasının tərəfdarıdır.
Onun sözlərinə görə, Avropa siyasətçiləri Serbiyanın bu mövqeyindən narazıdırlar və bunu ümumi razılığın pozulması kimi qiymətləndirirlər.
Vuçiç müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşündən də danışıb. O bildirib ki, bir dəfə Putinin evində qonaq olub və ona uzun müddət axtardığı XVII əsrə aid qədim ikona hədiyyə edib.
Sabiq prezidentin sözlərinə görə, həmin görüş zamanı Putin pianoda da ifa edib.
12:23 20.10.2026
Oxunuş sayı: 69