"Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb
FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirilməsi planlaşdırılan ""Rilski Sportist" (Bolqarıstan) - "Gəncə" oyunu təxirə salınıb.
Bu barədə Crossmedia.az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.
C qrupunun qarşılaşmasının oktyabrın 21-də Samokov şəhərində təşkili nəzərdə tutulmuşdu.
14:16 20.10.2026
Oxunuş sayı: 51