Paytaxtın bu ərazisində yeni mikrorayon yaradılır
Bakıda yeni mikrorayonun yaradılması nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, yeni mikrorayon Cəfər Xəndan küçəsi ərazisində yaradıla bilər.
Qeyd edək ki, Cəfər Xəndan küçəsi paytaxtın 7-ci və 8-ci mikrorayonları istiqamətində yerləşir. Ərazidə yaşayış kompleksi və digər yaşayış binaları mövcuddur. Kompleksin yaxınlığında "Dərnəgül" metrostansiyası və müxtəlif sosial obyektlər yerləşir.
Yeni mikrorayonun yaradılması ilə bağlı məlumat paytaxtın bu hissəsində yaşayış ərazilərinin gələcək inkişafı məsələsini gündəmə gətirir.
Ərazidə yeni yaşayış massivinin formalaşdırılması şəhərsalma, nəqliyyat, yol infrastrukturu və sosial xidmətlərin təşkili baxımından əhəmiyyət daşıyır.
Yeni mikrorayonun dəqiq sərhədləri, əhatə edəcəyi küçələr, tikiləcək binaların sayı və layihənin icra müddəti barədə ətraflı məlumat açıqlanmayıb.
Ərazidə salınacaq yeni yaşayış massivinin 10-cu mikrorayon adlandırılacağı bildirilir.".(Bakıvaxtı.az)
13:37 20.10.2026
Oxunuş sayı: 53