Ukrayna ABŞ ilə danışıqlara yüksək səviyyəli nümayəndə heyəti göndərir
Norveçdə ABŞ və Avropa nümayəndələri ilə keçiriləcək danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub.
Crossmedia.az xəbər verir ki, "RBK-Ukrayna" nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Avropa təmsilçiləri ilə danışıqların oktyabrın 20-də günün ikinci yarısında keçirilməsi planlaşdırılır.
Məlumata görə, Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, Prezident Ofisi rəhbərinin müavinləri Pavel Palisa və Sergey Kislitsa daxildir.
Qeyd edək ki, oktyabrın 19-da ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacağı barədə məlumat yayılıb.
Görüşlərdə Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində diplomatik səylərin müzakirəsi nəzərdə tutulur. Cared Kuşnerin danışıqlara məsafədən qatılacağı gözlənilir.
13:32 20.10.2026
Oxunuş sayı: 55