İsa Həbibbəyli: Azərbaycanda seysmologiya sahəsində tədqiqatçı qıtlığı var
Azərbaycanda seysmologiya sahəsində tədqiqatçı qıtlığı var.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" elmi konfransda bildirib.
Onun sözlərinə görə, seysmologiya üzrə kadr hazırlığına ehtiyac var:
"Azərbaycanda seysmologiya üzrə tədqiqatçılar azdır. Hazırda bu sahədə doktorantlar da yoxdur və bu istiqamətdə iş aparmalıyıq. Bu sahədə çoxlu tədqiqatlar aparılmalıdır. Seysmologiya üzrə kadr hazırlığının həyata keçirilməsi vacib məsələlərdən biridir".
12:22 20.10.2026
Oxunuş sayı: 53