Rusiya Ukrayna ilə danışıqlar üçün şərt irəli sürüb
Rusiya Ukrayna ilə sülh danışıqlarında Kiyevi legitim hakimiyyət nümayəndəsinin təmsil etməsini vacib hesab edir.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva danışıqlarda müharibənin başa çatdırılması üçün məsuliyyəti üzərinə götürməyə və zəruri qərarlar qəbul etməyə hazır olan nümayəndənin iştirakını istəyir.
"Bizim üçün vacibdir ki, bu, müharibənin dayandırılması üçün məsuliyyəti üzərinə götürməyə və lazımi qərarı qəbul etməyə hazır olan legitim hakimiyyət nümayəndəsi olsun", – deyə Peskov jurnalistin sualını cavablandırarkən bildirib.
Bu arada, oktyabrın 20-də kiprli jurnalist Aleks Xristoforu Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa İttifaqının dəstəyini qazanmaq məqsədilə ölkədə seçkilərin keçirilməsini altı ay təxirə salmaq istədiyini iddia edib.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə daha əvvəl Zelenskinin Moskva ilə danışıqlar aparmaq istəmədiyini bildirib.
Matviyenkonun fikrincə, Rusiya ilə danışıqlar Zelenskinin siyasi gələcəyinə təhlükə yarada bilər. O, Ukrayna liderinin hakimiyyətdə qalmağa çalışacağını iddia edib.
13:59 20.10.2026
Oxunuş sayı: 59