FIFA reytinqi: Azərbaycanın qadınlardan ibarət millisinin mövqeyi dəyişməyib
Azərbaycanın qadınlardan ibarət futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib.
Crossmedia.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv hazırda 1317.93 xalla 75-ci sıradadır.
Siyahıya İspaniya seçməsi (2121.50) başçılıq edir.
ABŞ (2042.38) ikinci, Almaniya (2034.62) üçüncü pillədə qərarlaşıb.
13:45 20.10.2026
Oxunuş sayı: 54