İsrail Azərbaycanı diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə təbrik edib

İsrail səfirliyi Azərbaycanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, İsrail-Azərbaycan münasibətləri üç onillikdə möhkəm təməl üzərində qurulub:
"Enerji sahəsindən tutmuş innovasiyalara qədər bu tərəfdaşlıq zaman keçdikcə daha da güclənir".
12:00 07.04.2025
Oxunuş sayı: 1273