Qutsul Ərdoğana müraciət etdi

Qaqauziyanın Moldova tərəfindən həbs edilmiş başçısı Yevgeniya Qutsul Türkiyəyə ehtiyacları olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, o, "Qaqauziya keçmişdə olduğu kimi, bu gün də Türkiyəyə ehtiyac duyur. O zaman Ankaranın səsi sülhü və ədaləti qorumağa kömək etmişdi. Bu gün biz yenə də sizin müdaxilənizi gözləyirik ki, Qaqauz xalqının qanuni hüquqlarını qoruyasınız", - deyə yazıb.
Qutsul bu açıqlama ilə Qaqauziyanın siyasi və iqtisadi maraqlarını təmin etmək məqsədini güdür.
Qeyd edək ki, Qaqauziya lideri eyni müraciəti Rusiya Prezidenti Vladimir Putinə də göndərib.
Fatimə Məmmədova
21:34 27.03.2025
Oxunuş sayı: 1246