Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir
Bu gün Bakıda “Dəhlizlər arasında körpü: Bağlantılar və infrastruktur” mövzusunda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu 2026 keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, investisiya imkanları və Orta Dəhlizin perspektivləri müzakirə olunur.
Forum çərçivəsində “Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026”, həmçinin ölkədə ticarət sektorunun inkişafına dair tədqiqat hesabatının təqdimatı nəzərdə tutulub.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, dövlət qurumlarının və biznes sektorunun nümayəndələri iştirak edirlər.(APA)
09:59 21.10.2026
Oxunuş sayı: 65