Qazaxıstan Prezidenti Tokayev Ermənistanın XİN rəhbəri ilə görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, dövlət başçısı Qazaxıstanın İrəvan və Bakı arasında Sülh Sazişi layihəsi üzrə danışıqların başa çatmasından məmnun olduğunu bildirib. O, bu mühüm hadisənin Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün başlanğıc nöqtəsi olacağına ümid etdiyini vurğulayıb. Tokayevin sözlərinə görə, bu, bölgədə təhlükəsizliyin möhkəmlənməsinə və həm Qazaxıstan, həm də Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlığın inkişafına töhfə verəcək.
15:43 27.03.2025
Oxunuş sayı: 1820