Maykl Klark: "Moskva beynəlxalq razılaşmalara riayət etmir"

"Moskva ənənəvi olaraq beynəlxalq razılaşmalara, xüsusilə 2014-cü il Minsk razılaşmalarına və 1994-cü il Budapeşt Memorandumuna riayət etmir".
Crossmedia.az xəbər verir ki, bunu Sky News-un hərbi analitiki Maykl Klark bildirib.
Onun sözlərinə görə, Rusiya əvvəllər Avropaya qaz və neft tədarükü məsələsində daha dürüst davranırdı. Lakin 2008-ci ildən sonra Prezident Vladimir Putin enerjini təzyiq vasitəsi kimi istifadə edərək daha aqressiv siyasət yürütməyə başlayıb.
21:11 26.03.2025
Oxunuş sayı: 1220