Çinin J-36 qırıcısı yenidən səmada görünüb

Çinin perspektivli altıncı nəsil J-36 qırıcısı yenidən səmada görünüb.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin Çenqdu bölgəsində, ehtimal ki, J-36 adlanan yeni nəsil döyüş təyyarəsinin prototipinin sınaq uçuşları davam edir.
Qeyd edək ki, J-36 təkcə hava döyüşü, yer və suüstü hədəflərə zərbələr endirmək üçün deyil, həm də pilotsuz təyyarələrə nəzarət etmək, komanda mərkəzi funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Nəzrin Salmanova
18:33 26.03.2025
Oxunuş sayı: 1123