Pakistan XİN: "İsraili tanımırıq!"

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Şəfqət Əli Xan bir neçə pakistanlı jurnalistin işğal olunmuş Fələstin ərazilərinə səfərini qanunsuz adlandırıb və ölkəsinin İsraillə bağlı mövqeyinin dəyişmədiyini bəyan edib.
Crossmedia.az Pakistan mətbuatına istinadən xəbər verir ki, Oobildirib ki, Pakistan hökuməti jurnalistlərin İsrailə səfəri ilə bağlı məlumatlardan xəbərdardır və Pakistan pasportlarında “İsrailə səyahət üçün etibarlı olmadığı” açıq şəkildə göstərilir. Bu səbəbdən belə bir səfər mövcud qaydalara əsasən mümkün deyil.
Sözçü vurğulayıb ki, Pakistan İsraili tanımır və Fələstin xalqının hüquqlarını dəstəkləyir. O, Pakistanın paytaxtı Şərqi Qüds olan, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını qətiyyətlə müdafiə etdiyini qeyd edib.
17:51 26.03.2025
Oxunuş sayı: 1002