Qaqauziyada başqan Qutsulun saxlanılmasından sonra etirazlar başlayıb

Kömratda Qaqauziya Xalq Məclisi binası önündə insanlar 2023-cü il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanun pozuntuları ittihamı ilə saxlanılan başqan Yevgeniya Qutsulun dəstəklənməsi üçün etiraz aksiyasına toplaşıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, dünən Qaqauziya parlamentinin fövqəladə iclasının keçirilməsi elan edilib.
Qeyd edək ki, Qutsul Kiçineu hava limanında 2023-cü il seçki kampaniyasına ayrılan maliyyə vəsaitlərinin qanunsuz şəkildə köçürülməsi ilə bağlı saxlanılıb.
Milli Antikorrupsiya Mərkəzi bildirir ki, onun adına qanunsuz mənbələrdən 370 min ley ödənilib.
Fatimə Məmmədova
17:29 26.03.2025
Oxunuş sayı: 686