Ukraynalı general: Rumıniya hər şeyi başa düşür, amma susur

Rumıniya hər şeyi başa düşür, amma susur.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Ukrayna generalı Valeri Zalujnı deyib.
“Mən ordu komandiri işləyərkən, bəzən mənə zəng edib deyirdilər: "Sakit olun, xahiş edirik, ərazimizə iki Şahedin düşdüyünü deməyin”. Mən soruşurdum: "Niyə susursunuz?" Onlar cavab verirdilər: "Sakit olun, yalvarırıq, deməyin ki, Rusiya zərbəsi bizim əraziyə endirilib və ya raketlər bizim əraziyə düşüb. Bunun beşinci maddə kimi qəbul edilməsini istəmirik, Rusiya ilə toqquşma olmasın”. Halbuki Rusiya raketləri və dronları tez-tez Rumıniya ərazisinə düşür.
Sonra yenə zəng edirdilər: "Niyə elektron müharibəni işə saldınız? Pilotsuz təyyarələr bizə doğru uçur”. Mən isə deyirdim: "Onda onları vurun, sizin orada 40 F-16-nız dayanıb”,- deyə o bildirib.
Nəzrin Salmanova
15:40 26.03.2025
Oxunuş sayı: 1065