F-35, CAATSA, F-16 və “Eurofighter” mövzularında son vəziyyət məlum olub

Türkiyə Milli Müdafiə Nazirliyi mənbələri CAATSA sanksiyaları, F-16, F-35 və “Eurofighter” satınalma prosesləri ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Verilən açıqlamada qeyd edilib:
“ABŞ-nin F-35 təyyarələri üçün S-400 silah sistemi aldığını əsas gətirərək tətbiq etdiyi CAATSA sanksiyalarına görə ölkəmiz qeyri-qanuni olaraq F-35 proqramından çıxarılıb. Biz dəfələrlə bəyan etmişik ki, müttəfiqlərin bir-birinə qarşı sanksiyalar tətbiq etməsini düzgün hesab etmirik. CAATSA sanksiyaları aradan qaldırılarsa, F-35 satınalma prosesinə qayıdış nəzərdən keçiriləcək.
“F-16 Blok 70” təyyarələrinin tədarükü layihəsinin davam etdirilməsi ilə bağlı fəaliyyətlər amerikalı tərəfdaşlar ilə koordinasiya əsasında həyata keçirilir.
“Eurofighter Typhoon” təyyarəsinin alınması üçün “BAE Systems”dən alınan rəsmi qiymət təklifi qiymətləndirilir, Böyük Britaniya Müdafiə Nazirliyi və “BAE Systems” nümayəndələri ilə koordinasiya tədbirləri davam etdirilir”.
14:54 26.03.2025
Oxunuş sayı: 1132