Albaniyada etirazlar şiddətlənib
Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramaya qarşı keçirilən etiraz aksiyaları nümayişçilərlə polis arasında şiddətli toqquşmalara çevrilib.
Crossmedia.az xəbər verir ki, “Associated Press” agentliyi bu barədə məlumat yayıb.
Etirazçılar hökumət başçısının iqamətgahına daxil olmağa cəhd göstərərək polis əməkdaşlarına daş və yandırıcı maye ilə doldurulmuş butulkalar atıblar.
Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Etirazların əsas səbəbləri arasında korrupsiya iddiaları, təhsil sistemindəki problemlər və hökumətin siyasətindən narazılıq yer alır.
Nümayişçilər Baş nazir Edi Ramanın istefasını tələb edirlər.
Qeyd edək ki, oktyabrın 20-də Tiranada etiraz aksiyaları ardıcıl səkkizinci gün davam edib.
14:37 21.10.2026
Oxunuş sayı: 137