İsrail-Türkiyə arasında gərginlik artır: Birbaşa toqquşma riski

İsrailin “Walla” qəzetinin hərbi müşahidəçisi Amir Boxbotun məlumatına görə, İsrailin təhlükəsizlik sistemindəki mənbələr ölkənin Türkiyə ilə birbaşa toqquşma riskinin artdığını bildirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir kiğ, Suriya hakimiyyəti Palmira şəhəri yaxınlığında yerləşən hərbi bazanın ərazisini Türkiyə ordusuna vermək üçün Ankara ilə danışıqlar aparır. Bunun qarşılığında isə Dəməşq Türkiyədən iqtisadi, hərbi və siyasi yardım almaq niyyətindədir.
İsrail rəsmiləri isə bölgədə Türkiyənin deyil, Rusiyanın mövcudluğunu üstün tutur. Son bir həftə ərzində İsrailin müdafiə qurumlarında Suriyadakı vəziyyətin müzakirəsi üçün bir neçə iclas keçirildiyi bildirilir.
İsrail mediasının məlumatına görə, bu axşam Baş nazir Benyamin Netanyahu təhlükəsizlik məsələləri üzrə təcili iclas çağırmağı planlaşdırır.
15:05 24.03.2025
Oxunuş sayı: 1036