Ordudan Starmerin planına etiraz

Böyük Britaniyanın baş naziri Kir Starmerin Ukraynaya qoşun göndərərək münaqişədən sonra sülhü qorumaqla bağlı fikirləri ordu daxilində skeptik qarşılanır.
Crossmedia.az The Daily Telegraph qəzetinə istinadən bildirir ki, Britaniya ordusu Starmerin bu bəyanatlarını ciddi qəbul etmir.
"Bütün bunlar siyasi tamaşadır. Starmer, mövzu barədə yetərli məlumata sahib olmadan, hərbçilərin Ukraynada yerləşdirilməsi ilə bağlı danışmaqda tələskənlik etdi. Məhz buna görə də indi bu mövzu barədə daha az, əvəzində isə təyyarələr və gəmilər haqqında daha çox eşidirik. Çünki bunları həyata keçirmək daha asandır və Ukraynada daimi bazaya ehtiyac duyulmur,” – deyə yüksək rütbəli ordu mənbəsi bildirib.
Digər mənbə isə qeyd edib ki, "Hazırda Ukrayna və onun ətrafında təxminən 700 min rus hərbçisi, eyni zamanda 1 milyondan çox silahlı ukraynalı var. Belə olan halda, qərb bölgəsində cəmi 10 min nəfərlik beynəlxalq qüvvə hansı funksiyanı yerinə yetirə bilər? Bu qüvvə hətta özünü belə qoruya bilməz. Onların missiyası nədir? Legitimliyi nədir? Döyüş qaydaları necə müəyyənləşdirilib? Kim tərəfindən idarə olunacaq, təminat və məskunlaşma məsələləri necə həll ediləcək? Nə qədər müddətə orada qalacaqlar və bunun məqsədi nədir? Heç kim bilmir.”
Pərvin Hacıyeva
13:49 24.03.2025
Oxunuş sayı: 1018