İBB istintaqları ilə bağlı 2 nəfər həbs olundu

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya və terror istintaqları ilə bağlı sosial mediada təxribat xarakterli paylaşımlar etdikləri və Toplantı və Nümayiş Yürüşləri Qanununa zidd hərəkət etdikləri iddiası ilə 58 nəfər saxlanılıb.
İstanbul Terrorla Mübarizə Şöbə İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan 58 nəfər Çağlayan Ədliyyəsinə gətirilib.
Prokurorluğun təqdimatı əsasında şübhəlilərdən 20-si həbs tələbi ilə, 36-sı isə məhkəmə nəzarəti istəyi ilə növbətçi hakimliyə göndərilib. Məhkəmənin qərarına görə, 2 nəfər həbs edilib, 6 nəfər barəsində "ev dustaqlığı" tətbiq olunub. Digər 48 nəfər isə məhkəmə nəzarəti olmaq şərtiylə sərbəst buraxılıb.
Crossmedia.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ümumilikdə 94 nəfər haqqında saxlanılma qərarı verilib. Eyni vaxtda keçirilən əməliyyat zamanı 58 nəfər saxlanılsa da, 18 nəfərin tələbə yataqxanasında yaşadığı, 18 nəfərin isə ünvanlarında olmadığı müəyyən edilib.
Aparılan axtarışlar zamanı bəzi ünvanlarda 500 qram sintetik narkotik maddə aşkarlanıb. Həmçinin, yaşı 18-dən aşağı olan 2 yeniyetmə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Zeynəb Yunuszadə
13:27 24.03.2025
Oxunuş sayı: 973