İrəvan Bakı ilə sülh sazişi imzalandıqdan sonra da Aİ missiyası ilə əməkdaşlıq etmək niyyətindədir

Ermənistan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra da, müşahidəçilərin Ermənistan-Azərbaycan sərhədindən çıxmalı olduğu halda belə, Avropa İttifaqının (Aİ) mülki missiyası ilə əməkdaşlıq etmək niyyətindədir.
Crossmedia.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
"Biz Aİ ilə müşahidəçilərin yeni mandatını müzakirə edə bilərik və əməkdaşlıq mütləq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Biz Avropa müşahidəçiləri ilə işimizi davam etdirmək üçün düzgün model tapa biləcəyik", - o qeyd edib.
12:42 24.03.2025
Oxunuş sayı: 951