Əhalinin gəlirləri açıqlanıb

Cari ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 907,1 milyon manat və ya hər nəfərə orta hesabla 1164,2 manat olub.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sərəncamında qalan gəlirləri 10 milyard 164,8 milyon manat təşkil edib.
15:48 17.03.2025
Oxunuş sayı: 826