Belçikalı deputat polşalı həmkarını tənqid etdi: "Özünüzdən utanın!"

Avropa Parlamentinin Baş Assambleyasında Qəzza ilə bağlı müzakirələr zamanı diqqət çəkən bir an yaşanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı deputat Mark Botenqa, polşalı həmkarı Adam Szlapkanın Fələstin xalqı ilə bağlı zarafata gülməsinə sərt şəkildə reaksiya verib.
Botenqa, Avropa İttifaqı (Aİ) Şurasını təmsil edən Szlapkaya, fələstinlilərə qarşı hörmətsizlik etdiyini və Avropanın riyakarlığını ortaya qoyduğunu bildirib.
Belə ki, Botenqa, Adam Szlapkanın Qəzza ilə bağlı müzakirələrdə gülməsini görərək, "Şuradan gülməyi dayandırmağı xahiş edə bilərəmmi? fələstinlilər haqqında danışarkən gülürdünüz, nə qədər fələstinli ölüb, hələ də gülürsünüz. Özünüzdən utanmalısınız və bu, hazırda AB üçün xarakterikdir. Siz fələstinlilərə əhəmiyyət vermirsiniz,"- deyə sərt sözlər söyləyib.
Bu hadisə, Avropa Parlamentindəki Qəzza ilə bağlı müzakirələrin ciddiliyini və Fələstin xalqının yaşadığı humanitar böhranı təmsil edən tərəflərin bir-birinə qarşı sərt yanaşmalarını ortaya qoymuş oldu.
Aybəniz Səfərova
22:19 14.03.2025
Oxunuş sayı: 1458