Kremil ultimatum verib: Ukrayna Silahlı Qüvvələri təslim olmalıdır!

Kremlin, Kursk bölgəsində Ukrayna Silahlı Qüvvələrinin təslim olması üçün ultimatum verib. Son məlumatlara əsasən, Kursk vilayətində 5000-dən çox döyüşçü Rusiyanın blokadası altına düşüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Rusiyanın növbəti planı Sumı bölgəsində möhkəmlənməkdir. Mənbələrin bildirdiyinə görə, Kremlin mövqeyi ABŞ tərəfindən anlayışla qarşılanıb.
Vaşinqton, Ukrayna Prezidenti Volodimir Zelenskiyə vəziyyəti izah etməyə və yaxın günlərdə Ukrayna qoşunlarının təslim olmasına şərait yaratmağa çalışacaq. Bu məlumatlar, Rusiya KİV-diplomatik mənbələrinə istinadən yayımlanıb.
21:35 14.03.2025
Oxunuş sayı: 638