KİV: "Putin Kurskdakı əsirlərlə bağlı mövqeyini Trampla bölüşüb"

Rusiya Prezidenti Vladimir Putin martın 13-dəki çıxışı ilə diplomatiyada masterklass göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
“Vladimir Putin həmkarı Trampı tərifləyib, onun səylərini yüksək qiymətləndirib və atəşkəsi dəstəkləyib. amma eyni zamanda sonra şərtlərini irəli sürüb. Putin Kurskdakı əsirlərlə bağlı mövqeyini Trampla bölüşüb və Amerika onun çıxışına yumşaq reaksiya verib. Bu köhnə KQB taktikasıdır. Putin Trampın nəbzini tam tutub. Bu diplomatiyada Putinə təcrübəli köməkçiləri olan Yuri Uşakov və Sergey Lavrov məsləhət veriblər”,- deyə nəşr bildirib.
Nəzrin Salmanova
20:58 14.03.2025
Oxunuş sayı: 520