Avropa Parlamenti rəsmisi: “İranla bağlı nə etmək lazımdır?”

Avropa Parlamentinin İranla Əlaqələr Komitəsinin üzvü Tomas Giesel İran hökumətinin repressiv siyasəti ilə bağlı Avropa İttifaqında (Aİ) yekdil fikrin olduğunu, lakin bu vəziyyətlə necə davranmaq lazım gəldiyinə dair sualların açıq qaldığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Tehranın sanksiyalarla üz-üzə olduğunu xatırladaraq, Aİ-nin üzv ölkələrində İran vətəndaşlarını daha yaxşı qorumağın mümkünlüyünü vurğulayıb.
“Heç bir şübhə yoxdur ki, Xameneyi İranın ali rəhbəridir. Ancaq orada insanlar yaşayır. Ölkənin hökuməti, prezidenti və parlamenti var. Təbii ki, bu sistem bizim bildiyimiz demokratik standartlara uyğun deyil. Lakin İranla yaxınlaşmaq üçün bir yol tapa bilərik”, – deyə Giesel qeyd edib.
O, həmçinin Aİ-nin İrana hərbi müdaxilə etmə niyyətində olmadığını və ölkənin artıq ciddi embarqo altında olduğunu xatırladıb. “Belə görünür ki, diplomatik səviyyədə əlimizdə olan bütün rıçaqlar tükənib”, – deyə Avropa Parlamenti rəsmisi əlavə edib.
19:23 14.03.2025
Oxunuş sayı: 512