Xorvatiyanın eks-prezidenti: Ukraynalılar hamıdan çox sülh istəyir

Ukraynalılar hamıdan çox sülh istəyir. Bunu Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, insanlar yorulub, təngə gəlib: “Ukraynaya ərazi bütövlüyünün müdafiəsi çox baha başa gəlir. İstənilən atəşkəs Rusiyanın işğalı davam etdirməsinin qarşısını almalıdır. Bu bizi də narahat edir, çünki coğrafi baxımdan yaxınıq”.
Eks-prezident Rusiya Prezidentinin sonuncu çıxışına da toxunub: “Putin dedi ki, Rusiya hazırda qalib mövqedədir və Rusiya Ukraynanın daha da dərinliyinə gedə bilər. Ardıncda da istənilən atəşkəsin onların hazırlaşması baxımından Ukraynanın xeyrinə olacağını dedi”.
Kolinda Qrabar-Kitaroviç həmçinin bildirib ki, Tramp və Putin bəlli olmayan səbəblərdən dəyişiblər: "Mən onların hər ikisini tanıyıram, təmasda olmuşam”.
Xanım siyasətçi Avropanı Rusiyaya qarşı çıxmağa çağırıb: “Avropa İttifaqı mövqeyini ortaya qoymalı və Avropaya dəstək göstərməlidir. Sözsüz ki, bu məsələdə ABŞ tamamilə başqa mövqedədir. Biz çox ehtiyatlı olmalıyıq”. (report)
11:31 14.03.2025
Oxunuş sayı: 714