Prezident: COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi

COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı, düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı qeyd edib: “Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkəyə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır”.
11:04 13.03.2025
Oxunuş sayı: 1074