Rusiyalı idmançıya hökm oxunub

Ukraynalı sumo üzrə Avropa və dünya çempionu Olqa Davidko Krımı Ukrayna Silahlı Qüvvələrindən müdafiə etdiyinə görə məhkəmə qarşısına çıxarılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, Davidko işğalçı ordunun dəstəklənməsi üçün könüllü hərəkat yaradıb və ona rəhbərlik edib.
Məlumata görə məhkəmə ona qarşı ittihamları təsdiqləyib və müvafiq hökm çıxarıb.
Qeyd edək ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Kursk bölgəsində Rusiyanın ikiqat dünya çempionu karateçi Aleksandr Rudını öldürüb. Rusiyalı hərbçinin dəqiq nə vaxt zərərsizləşdirildiyi hələ məlum deyil.
Xumar Əhmədova
00:46 09.03.2025
Oxunuş sayı: 1690