Musiqi dinləyərək velosiped sürən 13 yaşlı uşaq həyatını itirdi
Neftçala rayonunda velosipedlə traktorun qoşqusunun toqquşması nəticəsində 13 yaşlı yeniyetmə həyatını itirib.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 22-də saat 18:00 radələrində rayonun Həsənabad qəsəbəsində baş verib.
Məlumata görə, çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləyərək velosiped sürən qəsəbə sakini yol kəsişməsində F.Həsənovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusu ilə toqquşub.
Qəza nəticəsində 13 yaşlı velosipedçi hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
15:48 23.10.2026
Oxunuş sayı: 54