Netanyahu: 100-dən çox yeni yaşayış məntəqəsi və təsərrüfat qururuq
İsrailin Baş naziri Benyamin Netanyahu işğal altındakı İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin genişləndirilməsini davam etdirəcəklərini bildirib.
Crossmedia.az xəbər verir ki, Netanyahu bu barədə açıqlamasında danışıb.
Baş nazir israilli məskunlaşanlara müraciət edərək onların fəaliyyətini yüksək qiymətləndirib.
“Qəhrəman məskunlaşanlarımıza gəlincə, siz İsrail xalqı üçün nümunəsiniz. Siz İsrail dövləti üçün nümunəsiniz”, – deyə Netanyahu bildirib.
O, bölgədə hərbi əməliyyatların və yaşayış məntəqələrinin salınmasının davam etdiriləcəyini vurğulayıb.
“Biz terror infrastrukturunu məhv edəcəyik və yaşayış məntəqələrinin infrastrukturunu quracağıq. Elə burada 100-dən çox yeni yaşayış məntəqəsi və təsərrüfat yaradır, onları rəsmiləşdiririk. Əlbəttə, təkcə burada deyil”, – deyə İsrailin Baş naziri qeyd edib.
Qeyd edək ki, Netanyahu hökuməti dövründə İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi sürətlənib. BMT və beynəlxalq ictimaiyyətin böyük hissəsi işğal altındakı ərazilərdə İsrail yaşayış məntəqələrinin salınmasını beynəlxalq hüquqa zidd hesab edir.
15:57 23.10.2026
Oxunuş sayı: 53