Aİ liderləri ortaq məxrəcə gələ bilmədi
Avropa İttifaqının (Aİ) sammitində iştirakçı ölkələr arasında ciddi fikir ayrılıqları yaranıb və müzakirə olunan məsələlər üzrə razılıq əldə edilmədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşri mənbələrinə istinadən bu barədə məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sammitdə fikir ayrılıqları o həddə çatıb ki, müzakirələr zamanı iştirakçılar bir-birinə qarşı səslərini yüksəldiblər.
Mənbələr sammitdə müzakirəyə çıxarılan məsələlərin heç biri üzrə razılığa gəlinmədiyini iddia ediblər.
Məlumata görə, əsas fikir ayrılıqları Aİ-nin təxminən 2 trilyon avroluq uzunmüddətli büdcəsi, enerji siyasəti və Ukraynaya maliyyə yardımının ayrılması məsələləri ilə bağlı olub. Bu istiqamətlər üzrə mühüm qərarlar təxirə salınıb.
Qeyd edək ki, Avropa İttifaqının sammiti oktyabrın 15–16-da Brüsseldə keçirilib.
15:27 23.10.2026
Oxunuş sayı: 105