Maxar Technologies Ukraynanın peyk görüntülərinə çıxışını dayandırdı

Amerikanın kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən Maxar Technologies şirkəti Ukraynanın peyk görüntülərinə çıxışını müvəqqəti olaraq dayandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məhdudiyyət ABŞ hökumətinin göstərişi ilə həyata keçirilib.
Milli Geokosmik-Kəşfiyyat Agentliyi (NGA) bunu ABŞ administrasiyasının Ukraynaya dəstək siyasətindəki mövcud vəziyyətə uyğun bir addım kimi qiymətləndirib.
Ukrayna ordusu Maxar-ın yüksək dəqiqlikli peyk görüntülərindən hərbi əməliyyatların planlaşdırılmasında, hücumların nəticələrinin qiymətləndirilməsində və Rusiya qoşunlarının hərəkətlərinin izlənməsində istifadə edirdi.
01:34 09.03.2025
Oxunuş sayı: 1620