Tramp Rübio və Mask arasında qalmaqalı təkzib etdi

ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rübio ilə milyarder İlon Mask arasında Ağ Evdə onun iştirakı ilə baş verdiyi iddia olunan qalmaqalı təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Tramp heç bir qarşıdurmanın olmadığını bildirib. O, hadisə baş verdiyi vaxt özünün də orada olduğunu qeyd edib.
Onun sözlərinə görə, Mask və Rübio “bir-birilə yaxşı yola gedir” və “uğurla işləyirlər”.
Qeyd edək ki, Tramp onların arasında heç bir ziddiyyətin olmadığını vurğulayıb.
Fatimə Məmmədova
22:45 08.03.2025
Oxunuş sayı: 1821