Rusiya ordusu Kurskda genişmiqyaslı hücuma başlayıb

Rusiya Silahlı Qüvvələri Kursk vilayətində bütün istiqamətlərdə genişmiqyaslı hücuma başlayıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Çeçenistanın "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri, Rusiya Silahlı Qüvvələrinin general-mayoru Apta Alaudinov verib.
Hücumun miqyası və mümkün nəticələri ilə bağlı əlavə məlumat verilməyib. Hadisənin inkişafı izlənilir.
Zeynəb Yunuszadə
21:32 08.03.2025
Oxunuş sayı: 1987