Bu gün baş verən zəlzələlərin SİYAHISI

Türkiyənin zəlzələ bölgəsində yerləşməsi səbəbindən müxtəlif güclərdə yeraltı təkanlar tez-tez baş verir.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, son məlumatlara görə, 8 mart 2025-ci il tarixində Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda yerli vaxtla saat 18:56:16-da 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 10,05 km dərinlikdə yerləşib.
Bundan əvvəl, 8 mart 2025-ci il saat 14:28:28-də Gürcüstanın Mtsxeta-Mtianeti bölgəsinin Duşeti rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 15,17 km olub.
Həmçinin, 8 mart 2025-ci il saat 08:26:58-də Ermənistanın Lori bölgəsində 4,6 bal gücündə zəlzələ qeydə alınıb. Bu zəlzələnin episentri Qarsın Akyaka rayonundan 42,39 km məsafədə yerləşib və dərinliyi 12,21 km olub.
Hazırda bu zəlzələlər nəticəsində hər hansı bir dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.
21:12 08.03.2025
Oxunuş sayı: 1912